Partnyorlar


KATMERCİLER - 25 ildən artıq fəaliyyət tarixinə mallik Katmerciler şirkəti 1985-ci ildə Türkiyədə fəaliyyətə başlamışdır. Şirkət  30-dan artıq müxtəlif təyinatlı maşın və texnikalar təklif edir: Şirkətin məhsullar sırasına yanğın söndürən maşınlar, su və yanacaq tankerləri, hidravlik zibil maşınlar, kranlar və s. daxildir. Katmercilər şirkəti dünya avtomobil nəhəngləri olan Ford, BMC, Hyundai, Isuzu, Iveco,  MAN, Mercedes, Mitsubishi, Renault, Scania, Volvo kimi şirkətlərlə əməkdaşlıq edir.

 

HIDROKON - 1993-cü ildə Türkiyənin Konya şəhərində fəaliyyətə başlayan Hidrokon şirkəti şassi üzərində müxtəlif növ hidravlik avadanlığın istehsalı və montajı ilə məşğuldur. Şirkətin məhsullar sırasına mobil kranlar, teleskopik kranlar, hidravlik mobil kranlar və s. kimi məhsullar daxildir. Türkiyənin kran istehsalı üzrə lider şirkətlərin olan olan Hidrokon şirkəti qısa zaman ərzində Avropa və digər bazarlarda öz fəaliyyətini genişləndirmiş və bu sahədə olan rəqibləri arasında keyfiyyəti və qiymətləri ilə fərqlənən bir şirkətə çevrilmişdir.

 

LIEBHERR - 1949-cu ildə  Hans Liebherr tərəfindən yaradılan Liebherr şirkəti seqment üzrə dünya liderlərindən hesab olunur. Liebherr şirkətlər qrupu dünyanın 17 ölkəsində 40-dan çox istehsal müəssisəsinə malikdir. Şirkətin məhsullar sırasına qaldırıcı kranlar, mobil kranlar, ekskavatorlar, yükləyicilər, boru xətləri çəkən və s. kimi çoxsaylı texnikalar daxildir.

 

MST - 1999-cu ildə inşaat texnikası bazarına MST brendi ilə daxil Sanko Makina şirkəti Sanko Holdinqə məxsusdur. 14,000 mindən çox işçi heyətinə malik şirkət Türkiyədə bir sıra dünyaca məşhur brendlərin rəsmi dileridir.

 

SENNEBOGEN - SENNEBOGEN şirkəti multiloaderlər, teleskopik kranlar, liman kranları və s. kimi məhsulların istehsalı ilə məşğuldur.

 

VENIERI - İtaliyanın seqment üzrə lider şirkətlərindən biri olan VENIERI şirkəti əsasən eksavatorlar, yükləyicilər və bakoloderlərin istehsalı ilə məşğuldur.

 

JAC - JAC Motors LTD 1964-cü ildə qurulmuş və hal hazırda dünyanın 120-dən artiq ölkəsinə ixrac edilir. 

 

JEREH - Jereh neft və qaz mühəndisliyi və tikintisi üzrə dünyanın 60-dan çox ölkəsi ilə yaxından əməkdaşlıq edan transmilli bir şirkətdir.

 

ZYZJZYZJ Petroleum Equipment Co 1978-ci ildə yaranmış, 1060 işçisi var. Yüksək texnologiya vasitəsi ilə neft hasilatı, emalı və həmçinin neft qurğularıının istehsalı ilə məşğul olur.

 

developed by ibp